Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Adil Əsədli

 

          

        Mən Hafiz Mirzəni çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri hesab edirəm. Onun fantastikaya həsr olunmuş hekayələri məni daha çox çəkir. Yaradıcılıq üslubu da özünün  şəxsi xarakteri kimi  qeyri-adi, həm də səmimidir. Onunla dostluqdan məmnunluq duyuram.   Sevinirəm ki, Hafizin əsl ədəbiyyatın dəyərini bilən şəxslər tərəfindən şedevr hesab olunan  “Ayın 32-ci günü” kitabının, eləcə də sonrakı illərdə nəşr etdirdiyi “Qızmar yayın soyuq küləkləri”, “Son və başlanğıc” və “Mütəfəkkir” adlı kitablarının rəssamı olmuşam. Bu kitab üzərində işləyərkən onunla ünsiyyətlərimiz zamanı Hafizin necə böyük istedad sahibi olmasının şahidi oldum. O hər bir ştrixi, hər bir detalı duyur, yüksək qiymətləndirir və ona istinad edir. İşlədiyi mədəniyyət sahəsi də onun sayəsində çox inkişaf etmişdir. Çünki o həm istedadlı, həm məsuliyyətlə, həm də  çox səhmətkeş  yazıçı- publisistdir. Onun məqalələrinə maraq çox yüksəkdir. Eləcə də mən onu xalqın uğurla seçdiyi  bələdiyyə üzvü kimi qiymətləndirirəm. Məhz o Lənkəran şəhər bələdiyyəsinə  üzv  seçildikdən sonra  ədəbiyyat və incəsənətə qayğı  artmışdır. Azərbaycanın müstəqillik  qazanmasında və Dövlətçiliyinin qorunmasında bir ictimai-siyasi xadim kimi Hafiz Mirzənin  xidmətləri çox böyükdür. Təəssüf ki, bu böyük istedad və saf əqidə sahibi özünün həqiqi  dəyərini ala bilməmişdir. 

 

ADİL ƏSƏDLİ
Tanınmış rəssam, Amerika Avanqardist rəssamlar Təşkilatının üzvü.

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai