Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Tərlan Əbilov

 

      

      Hafiz Mirzə mənim  çox yaxşı tanıdığım, oxuduğum, rəğbət bəslədiyim ədəbiyyat adamlarından ən  sevimlisidir. O hər bir mövzuda yaza bilməsi, özünün düşüncə və yanaşma tərzi ilə  başqalarından çox fərqlənən  bir qələm əhlidir. Lənkəranda onun qədər məhsuldar yazan və ölkə mətbuatında dərc olunan ikinci müəllif yoxdur. Hafiz müəllim istər hekayələrində, istər iri həcmli  əsərlərində özünün sərbəstliyini  qoruyub saxlayan və bu  sərbəstliyi ilə seçilən  yazıçıdır. Bir sözlə, onun yazıları sərhədsizdir, amma bu sərhədsizlik, bu azadlıq əslində özü bir ölçüdür. Onun əsərlərində bu ölçü və qanunauyğunluq  bir harmoniya təkil edir. Onun düşüncəsində heç kəsə qarşı ədəbi  xüdpəsəndlik yoxdur. Daim ədəbiyatın nəfinə nəsə bir iş görmək, yenilik etmək, hamını toplamaq istəyir və çox vaxt  da buna nail olur. Necə ki, səmaya dağılmış, səmaya səpələnmiş minlərlə, milyonlarla ulduz ayın dövrəsindədir, Hafiz Mirzə  şəxsiyyəti və  yaradıcılığı da eynən ədəbi müstəvidə ulduzları öz başına toplayan  Ay kimidir. Amma o ay kimi soyuq deyil! Onun səmimiyyəti  əsas xarakterik  cəhətlrdəndir. Bu onun yazılarına da sirayət etmişdir. Əsərləri sadə, şirin dillə, yazılsa da əslində həm də çox dərin mənalı fikirlərlə  zəngindir.

TƏRLAN
 şair, AYB-nin üzvü, "Uğur" mükafatı laureatı

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai