Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Əhmədağa Kərimli

 

   

            Hafiz Mirzə 30 ildən artıq "stajı" olan, səmimi ürəkli, halal, əqidəli, ləyaqətli dostum və qardaşımdır. O, Vətən, millət naminə ömür fəda etməkdən qaçmayan, içərisi vətən yanğısı ilə dopdolu bir vətəndaş və yurddaşdır. Eləcə də ailəcanlı, ailə qayğısını mətanətlə çəkməyi və müasir dövrdə ailə üçün halal çörək aparmağı bacaran  çox az kişilərdəndir. O həm də bu gün ictimai-siyası həyatın müxtəlif sahələrinə öz publisist yazıları ilə təmas etməyi bacaran  fədakar yazar, fəal ictimaiyyətçidir.
    Hafiz həmişə oxucuları düşündürən, cəmiyyətdə bu gün üçün aktual olan problemlərə toxunan əsərlər yazmışdır. Demək olar ki, əsərlərinin əksəriyyəti sadə və anlaşıqlıdır. Onu əslində olduğu kimi qəbul etməkdən ötrü hökmən Vətənpərvər və Dövlətsevər olmalısan.
    Eyni zamanda o  çox gözəl bədii əsərlər müəllifidir. Mən onun demək olar ki, bütün məqalələrinin və hekayələrinin ilk oxucularındanam. Son dərəcə şirin dillə yazdığı  hekayələri məni  heyran qoymuşdur. Bu hekayələr parlaq ədəbi qələbədir. Hekayələr birnəfəsə oxunur, yadda qalır, uzun zaman unudulmur. Mən əminəm ki,  onun  "Prezident", "Qalanın son günü","Şedevr" və "Aqibət" hekayələri tərcümə olunarsa, dünya ədəbiyyatını silkələyə biləcəkdir. Onun "Paz" romanı isə Azərbaycan kinomatoqrafiyası üçün gözəl bir film  materialı və dünya kinosuna qatılmaqdan ötru böyük bir imkandır.
    Hafizin  yaradıcılığında İlham və təcrübə  ayrılıqda  yox, vəhdətdədir.
    Hafiz Mirzə bu günki  oxucunu  laqeydlik yuxusundan oyada bilən həssas parapsixoloq  yazıçıdir.

 

ƏHMƏDAĞA KƏRİMLİ
 Yazıçı-publisist, "Ayna media"İnkişaf Mərkəzinin  rəhbəri.

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai