Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Ağamir Cavad

        

    Hafiz Mirzə bədii və publisist yazıları ilə yaddaşlarda dərin iz buraxmağı yaxşı bacaran nasirdir. Onun əsərləri orjinallığı ilə seçilir. Hekayə və romanlarında çox güclü bədii lövhələr yaradaraq obrazların xarakterini və daxili aləmini  açmağı bacarır. Oxucu  üçün onunla ünsiyyət asanlıqla qurulur. Onun yaratdığı surətlərin bədii portreti yaddaqalandır. Mən əvvəllər onun qəzet və jurnallarda  dərc olunmuş bütün hekayələrini  oxumuşdum. Ayın 32-ci günü  kitabına daxil etdiyi əsərləri ilə o məni diksindirdi. Bunların hamısı ədəbi aləmin hadisələri hesab oluna bilər. Bu kitabına daxil etdiyi Paz romanı da çox təəsirləndirdi. Çoxdan idi  incə yumorla acı həyat reallıqlarının belə uğurlu sintezinə  rast gəlmirdim. Hafiz Mirzə həm də çox istedadlı və populyar publisist kimi  maraqlıdır. Onun hər bir məqaləsi bədii publisistika nümunəsi hesab oluna bilər. Dövrün nəbzini tutan, aktual və  diskusiyalara səbəb olan  məqalələr yaza bilmək yalnız usta  qəzetçiyə xas cəhətlərdəndir. Hafiz Mirzə haqsızlıqlara qarşı cəsarətlə  çıxış edən publisist və həyat reallıqlarını  bədii vasitələrlə canlandıra bilən mahir yazıçıdır.Onun "Son və başlanğıc" romanı yaradıcılığının şah əsəri hesab oluna bilər. Amma onun daha böyük və daha gözəl əsərlər yaradacağına əminəm.

AGAMİR CAVAD
şair, AYB üzvü

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai