
Mən Vətənim Azərbaycanı Dünyanın hər
yerində- Avropa, MDB və Şərq ölkələrində fəxrlə təmsil edən bir müğənni
kimi deyə bilərəm ki, Hafiz Mirzə, onun parlaq obrazı həmişə mənim yanımda,
mənim nəzərimdə olub, Mənə mənəvi dəstək verib, dayaq olub. Adətən sənət
adamları arasında müəyyən paxıllıq, xüdpəsəndlik, gözgötürməzlik
halları daha çox olur. Hafiz Mirzə mənim tanıdığım çox az adamlardandır
ki, o hamının uğuruna sevinə, başqalarının da inkişaf etməsinə,
tanınmasına çalışa bilir. Onun unudulmuş, yaşı ötmüş, qocaman
sənətkarların yubiley və xatirə gecələrini keçirtməsi, barələrində maraqlı,
gözəl məqalələr yazması, hamını həvəsləndirə, yaradıcılığa sövq edə
bilməsi çox tərifəlayiq bir haldır. Həm gözəl yazıçı, həm gözəl publisist, həm
də gözəl mədəniyyət və incəsənət xadimi olmaq və eyni zamanda həm də çox səmimi
insan olmaq heç asan məsələ deyil və bütün bunlar Hafiz Mirzəni başqalarından
fərqləndirən cəhətlərdəndir. Bütün bunlarla yanaşı o həm də Azərbaycan
Dövlətçiliyinin həqiqi aşiqi, ona qarşı olan qüvvələrin qatı düşməni, əsl
mərd-mübarizdir. Mən onun 1993-cü ildə etnik separatizmə qarşı
mübarizənin önündə olduğu günləri xatırlayıram. Öz Dövlətini,
Vətənini bu qədər çox sevən yaradıcı insanlarla daim ünsiyyətdə
olmaq çox xoşdur.
CAVAD RƏCƏBOV
populyar müğənni
|