Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Hacı Sədi

 

         

          DİNDARLARIMIZIN DÜŞÜNƏN BEYNİ, YAZAN ƏLİ

Mehriban və bağışlayan Allahın adı ilə

    Hacı Hafiz Mirzə  sözün əsl mənasında hər şeyə hafiz bir insandır. Əsl kişi barədə  söz deyərkən uca Allahın nəzarətini unutmaq olmaz.  Lənkəranda ləyaqətli insanların hamısı  onu möhkəm əqidəli, imanına və qələminə sadiq  bir insan kimi tanıyır. Mən isə onu həm də  həqiqətin müdafiəsində  dəyanətlə, sonacan dura bilən, yüksək intellektli, böyük mənəviyyatlı, Azərbaycanı   bütün varlığı ilə  sevən, onun müstəqilliyinə vurğun, Dövlətçiliyinə  sadiq, təpədən dırnağa kimi əsil lənkəranlı kimi tanıyıram. Onun qələminin ucu həmişə  iti (Həzrəti Əlinin buyurduğu kimi), qərəzsiz  və  həqiqəti yazmağa yönəlmişdir. O hərtərəfli söz sərrafı, söz sənətkarıdır. Dindarların ona xüsusi hörməti və rəğbəti vardır. Dövrü mətbuatda o mütəmadi olaraq dini mövzuda məqalələr yazır, insanlar arasında dini təfriqə salmaq istəyənlərə, kafirlərə  və xristian  təmayüllü missionerlərə  kəskin cavablar  verir. Onun "İdraka sığmayan cəfəngiyyat", "Mürtədlər, kafirlər, vələdəzünalar", "Çünki biz belə müsəlmanıq", "Diqqət! Xristian-qərb ekspansiyası" və "Bir daha molla, yasin və kəbin haqqında" ,"Terrorçu oluram, ay camaat", "Rafiq Tağı Salman Rüştü olmaq iddiasında" adlı böyük məqalələri  bölgə dindarları tərəfindən xüsusi  ehtiramla qarşılanmışdır. O elə mükəmməl və hərtərəfli məqalələr yazır ki, sonra heç bir suala və rəqiblərin ona nəsə bir cavab verməsinə  ehtiyac qalmır, hünəri çatmır. Onun bədii əsərləri özünün çoxmənalılığı ilə  seçilir. Bu əsərlərin həm zahiri, həm də batini mənaları  vardır. Söz sərrafı  və  yüksək məntiqə əsaslanan ağlı olmayan kəslərin onu başa düşməsi çox çətindir.Fəxr edirəm ki, mənim dostum Hacı Hafiz Mirzə  ölkə ictimaiyyəti tərəfindən də  yaxşı tanınır və o təkcə Lənkəranın və bölgənin deyil, bütövlükdə ölkənin  siyasi və mədəni həyatında yaxından  iştirak edə bilir. Hafiz müəllim yeganə  şəxslərdəndir ki, öz dostlarını  da üzünə tənqid etməyi bacarır  və bu zaman heç kəs ondan incimir. Çünki onun tənqidi  büsbütün öz dostlarına  məhəbbətdən, onların daha da inkişaf etməsi üçün  qayğıdan, istəkdən ibarətdir. Onunla müqəddəs Həcc səfərində olmuşuq. Bütün səfərboyu özünü zəhmətkeş,  qayğıkeş və ibadətçi müsəlman qardaş kimi göstərdi, vacib əməlləri  dəqiqliklə yerinə yetirməyə çalışdı. Allah-təaladan belə şəxsiyyətləri, belə ziyalıları, belə yazıçıları  hifz etməsini  arzu edirəm! Allah ona yar olsun! Amin!

HACI SƏDİ (QƏNİ) AXUNDZADƏ
 Qafqaz  Müsəlmanları  İdarəsi sədrinin Lənkəran  Bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi,
Böyük Bazar  məsçidinin axundu, Bakı İslam Universiteti Lənkəran filialının direktoru.

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai