Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
İltifat Saleh

           

          ƏSİL SƏNƏTKARLARIN DOSTU VƏ HAMİSİ

           Ədəbiyyatımızda öz imzası ilə tanınan çox istedadlı yazarlarımızdan biri də  Hafiz Mirzədir. O öz kiçik hekayələrindən tutmuş ta iri həcmli  povest və romanlarına kimi bütün yazılarını realist boyalarla və nikbin əhval-ruhiyyə ilə qələmə alır və  oxucuları düşündürür. Onun əsərlərində həyat hadisələri  çox nikbin boyalarla  və fəlsəfi fikir yükü ilə  qələmə alınır. Sadə və şirin dili, bədii vasitələrdən çox ustalıqla istifadə etməsi əsərlərinin maraqla və "birnəfəsə" oxunmasına  rəvac verir, onu oxuculara sevdirir. Bu baxımdan onun çox uğurlu əsərlərindən biri də "Paz" romanıdır. Yazıçı bu əsəri ilə özünün çox böyük yaradıcılıq imkanlarına  malik olduğunu da göstərdi. Həm də bu əsər həyat reallıqlarını  ən çılpaq formada göstərə bilmək məharətini əks etdirdi. Əsərdə cərəyan edən hadisələr, qəhrəmanlar o qədər təbii idi ki, oxucu  özünü romanın içində, bütün hadisələri öz qarşısında görə bilir. Onun satirası  qərəzsiz və səmimi idi. Hətta obrazların dialekt üzrə danışığı da çox şirin və oxunaqlı  təəssürat bağışlayırdı. Heç nahaq yerə deyildi ki, əsər çox böyük rezonans doğurdu və uğurla yayıldı. "Paz" romanına qarşı bədxahdarın hücumu ona diqqəti  və nəticədə əsərin  bədii dəyərini  artırdı. "Paz" romanının qəhrəmanı sübut etdi ki, hər yerdə, hətta həyatın dibində, "bataqlıqda" da mübarizə aparmaq, qəhrəmanlıq göstərmək  və gözəl bir cəmiyət qurmaq mümkündür. Bədxahlar isə əsəri, ümumiyyətlə əsl ədəbiyyatı başa düşmədiklərindən və H.Mirzəyə  siyasi  mübarizəsindən dolayı çox  qərəzlə yanaşdıqlarından  obrazların danışıq zamanı işlətdiyi ifadələri  qəbuledilməz  kimi  dəyərləndirməyə  başlamışdılar. Onlar unudurdular ki, cəmiyyət də bir canlı orqanizm kimidir. Orqanizmdə hər cür xüsusiyətlər var. Bu xüsusiyyətlərin hər hansı birisi xoşagəlməz olsa da  var və onun varlığını inkar etmək olmaz. Bu barədə deyilənləri qəbul etmək , amma çox da şişirtməmək, qabartmamaq lazımdır.  Əsəri səhv dərk edənlər öz ədəbi səviyyələrindən küsməlidirlər. Həyat öz axarı ilə davam edir. H.Mirzənin qəhrəmanları keçmişdən götürülsə də, bu gün də var və onları inkar etmək olmaz. "Paz" romanı məhz  həyatiliyinə, bədii çalarına və incə yumoruna görə ədəbiyyatımızın uğuru hesab olunmalıdır.
    Yazıçının "Ayın 32-ci günü" adlı son kitabına daxil edilmiş hekayələr də çox maraqlı, düşündürücü və bədii cəhətdən mükəmməl  əsərlərdir.

     Hazırda o artıq bir-birindən maraqlı 8 kitabın müəllifidir. Bu sırada “Qızmar yayın soyuq küləkləri”, “Son və başlanğıc”  və “Mütəfəkkir” kitablarını xüsusilə qeyd etmək istəyirəm.
    Onun  publisistikası da kifayət qədər oxunaqlı və kəsərlidir.
    Hafiz Mirzə həm də ədəbiyyatın, əsl sənətin və  sənətkarın dostu və hamisidir.

 

İLTİFAT SALEH
 Azərbaycan Yazıçılar Biliyi Lənkəran bölməsinin sədri,
  R.Rza adına beynəlxalq mükafatın laureatı. 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai