Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Yaşar Rzayev

      

        ÖZÜNƏ VƏ ÖZÜNKÜLƏRƏ SƏDAQƏTLİ OLAN HAFİZ MİRZƏ!

        Hafiz Mirzənin adı çəkiləndə dərhal yadıma  1993-cü ilin 23 avqust günü düşür. Həmin gün əliyalın Lənkəran  camaatı separatçı Ə.Hümbə­to­vun  silahlı dəstəsinin müqavimətini qıraraq Şəhər İcra hakimiyyətinin binsına yürüş etdi. Ə.Hümbətov və tərəfdarları zəbt etdikləri hər şeyi qoyub qaç­dılar. Ölkənin Cənub bölgəsi  separatçılıq və Azərbaycanı parçalamaq cəht­lərindən xilas oldu. Həmin gün İcra Hakimiyyətinin qarşısındakı mey­danda minlərlə insan vardı. Təşkilat komitəsi burada mitinq  təşkil olun­ma­sı­na  və onun  aparılmasının Hafiz Mirzəyə həvalə edilməsinə qərar verdi. Ha­fiz bütün günü yorulmadan və mitinqə toplaşanları yormadan alovlu da­nı­şır, separatizmi ifşa edir, onun liderlərinin siyasi maskasını yırtır, insanları möh­kəm dayanmağa, separatizmə qarşı barışmaz olmağa  çağırırdı. Hətta se­paratçı ünsürlər  mitinqi atəşə tutarkən də o mikrafonu əlindən  yerə qoy­ma­­dı. O, mitinqdə bütün gecəni sübhədək, hətta ertəsi gün də  aramsızcasına  və çox maraqlı çıxışlarla davam etdirdi. O vaxta kimi biz onun bu qədər alovlu natiq və  bu qədər dərin zəka sahibi olduğunu kəşf et­mə­­mişdik. O öz nitqi ilə digər natiqləri də  istiqamətləndirir, mitinqin öz axa­rından çıxmasına yol vermirdi. Bu qədər böyük söz ehtiyatına malik olması onun tezliklə bir yazıçı və publisist kimi də parlayacağına inam yaradırdı.
    O vaxtdan çox illər keçib. Bu illərdə çox küləklər əsib, zəmanə dəyişib, insanlar çox  sınaqlara çəkilib; kimlərsə daha da  mətinləşib, daha müdrik olub, şəxsiyyətini, ləyaqətini  qoruyub, kimlərsə  zamanın keşməkeşlərinə tab gətirməyib,  simasını itirib, əyilib, sınıb, xəyanət edib, yaxud da ehtiyac və qayğılar içində  çabalayıb. Eləsi də olub ki, maskası yırtılıb  və əsil si­ması görünüb. Amma bu ötən illər ərzində Hafiz Mirzənin haqqı tapdalansa da, o daim zərbələr alsa da, həqsızlıqlarla  üzləşsə də onu  dəyişməz -Azərbaycanın müstəqilliyinə və Dövlətinə sədaqətli bir vətəndaş olaraq gördüm. Bu illər ərzində o bizim ümidlərimizi də doğruldub və maraqlı  dəst-xətti olan yazıçı- publisist, istedadlı qələm sahibi kimi tanınıb. 1993-cü ilin 23 avqustunda yo­rul­madan-bir sutka mitinq aparan, axırda səsi tamam tutulan o Hafiz Mir­zə­nin o fəallığı, o yorulmazlığı, o mübarizliyi, cəsarəti bu günəcən  onun fə­aliy­yətində və yaradıcılığında davam edir. O daim axtarır, irəliyə can atır. Həyatda olduğu kimi, o ədəbiyyatda da sox vaxt köhnə stereotipləri dağıda, həyat reallıqlarını heç bir boyaqsız, olduğu kimi əks etdirə və oxucunu sil­kə­ləyə bilir. Onun romanları, povest və hekayələri, məqalələri   bəzən mü­əy­yən məqamlarla  bağlı mübahisələr yaratsa da, bu -Hafiz Mir­zədir!  Əqidəsinə, inamına, xarakterinə həmişə sədaqətli olan Hafiz Mirzə!

 

                                                                                                 YAŞAR RZAYEV
                                                         

 

 

 

yazıçı- publisist, filologiya elmləri namizədi,

                                                      sabiqLənkəran  ŞİH başçısı və eks millət vəkili

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai