Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Yunus Oğuz

 

    

            DOSTLUĞA, ƏQİDƏSİNƏ VƏ QƏLƏMİNƏ SADİQ

       Hafiz Mirzə Milli-azadlıq hərəkatı dövründə müstəsna xidmətlər göstərmiş ziyalılarımızdan və siyasətçilərimizdəndir. O,  Azərbaycan Dövlətçiliyinin qurulması və 1993-cü ilin yayında onun etnik separatizmdən qorunması uğrunda Lənkəranda  gedən  qanlı mübarizələrdə öncüllərdən biri olmuşdur. Təpədən dırnağa kimi Vətənpərvər və Azərbaycançı ziyalılarımızdan biri olmaqla  yanaşı, o həm də çox gözəl  bədii əsərlər yaradan yazıçı və özünəməxsus dəsti-xətti olan publisistdir. Azərbaycan ədəbi-tənqidi və publisistikası H.Mirzə yaradacılığının həqiqi dəyərini müəyyənləşdirməkdə aciz görünür. Onun "Ayın 32-ci günü" kitabına daxil edilmiş hekayələri, xüsusən də "Paz" romanı  çağdaş Azərbaycan ədəbiyyatının incisi, mən deyərdim ki, əsil şedevrdir!  Onun sonra povest və hekayələrdən ibarət "Qızmar yayın soyuq küləkləri", "Həcc ziyarətində", "Lənkəran Bələdiyyəsi" və fundamental bir əsər olan "Son və başlanğıc" romanı dərc olundu. 8-ci kitabı olan "Mütəfəkkir" barəsində filosoflar,tarixçılər, psixoloqlar, ədəbiyyastşünaslar çox danışacaq, çox yazacaq. Bu gün Azərbaycan publisistikasında adını H.Mirzə ilə yanaşı çəkə biləcəyim  təmiz, saf əqidəli çox az şəxsiyyət və oxucu ilə kəskin, obrazlı, həm də çox sadə, el dilində danışmağı bacaran  çox az qələm sahibi tanıyıram. Mən əminəm ki, o Dünya ədəbiyyatına əzmlə daxil olacaq yazıçılarımızdandır. Bundan ötrü onda İlahi nemət olan böyük istedad, tükənməz  yaradıcılıq yanğısı,  sönməz həvəs, bacarıq və zəhmətsevərlik var. Onunla tanışlığım 1990-cı ilə təsadüf edir. Bu tanışlıq  çox qısa vaxt ərzində əsil dostluğa çevrildi və hələ də davam edir. Bir çoxlarından fərqli olaraq o mənə - dostluğumuza heç vaxt xəyanət etmədi, həmişə mənimlə oldu, yenə də mənimlədir. Mən Hafizi alqışlayıram!

YUNUS OĞUZ
 "Olaylar" İnformasiya Agentliyinin baş direktoru,
eyni adlı qəzetin baş redaktoru və
Milli Vəhdət Partiyasının sədri

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai