Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
"Son və başlanğıc"

 

 

Hafiz Mirzə: “SON VƏ BAŞLANĞIC” – roman -2010-cu il  

Bakı şəhəri, "Apostrof" Çap evi,  70x100 formatda, 39 çap vərəqi (600 səhifə) həcmində, 500 tirajla  



Roman İsa Məsihin (ə) doğulmasıdan 3750-ci ilə kimi davam edəcək haqsızlıq, ədalətsizlik, zülm və ağır günahlar ucbatından kainata daima qara enerji saçan bəşər tarixinin daha düzgün bədii mənzərəsinin yaradılmasına və bəşəriyyətin dünyanı xilas etmək üçün ayağa qaldırılması məqsədlərinə xidmət edir. Özünün bəd əməlləri ilə kainata mənfi enerji ixrac edən insanlıq dünyanın sonunu ya­xınlaşdırır. Getdikcə dünyada xaos və anarxiya hökmranlıq edir. Belə bir zamanda dünyanı xilas etmək istəyən 7 müdrik və hələ də öz paklığını itirməmiş az sayda insan var. Amma onların ciddi cəhtlərinə baxmayaraq dünyanın sonu çatır. Dünya bu dəfə od fəlakəti ilə üz-üzə qalır. Tibet dağlarındakı gizli mağaralara çəkilmiş müdriklər heç olmasa bəşər elminin nəaliyyətlərini “New-Noy” kosmik gəmisinə toplayıb başqa qalaktikalara aparmaq və xilas etmək istəyirlər. Bu mümkündürmü və ya kiməsə lazımdırmı? Daha sonra bu dünyanın başlanğıcı olacaqmı? Romanda bu aqibəti doğuran mənəvi, tarixi, iqtisadi, siyasi və ekoloji səbəblərin geniş elmi, fəlsəfi və bədii analizi verilir. Eyni zamanda müəllif dünya tarixinin əslində düzgün yazılmamış qaranlıq səhifələrinə işıq salmağa, İslam və xristianlıq, Qərb və Şərq barəsində hər şeyin daha doğrusunu deməyə çalışır. Əsərdəki qlobal hadisələrin təəssüratını ifadə edən müvafiq musiqi səsləri ayrıca CD diskdə təqdim olunur və oxucuya tam münasib ovqat aşılanır. Bu əsəri ilə müəllif bəlkə də ədəbiyyatda ovqat aşılayan musiqili roman janrının təməlini qoyur. Roman fəlsəfi, tarixi, dini, elmi-fantastik və bir qədər də metafizik xarakter daşıyır.

Bu kitab Hafiz Mirzənin kitabsevərlərlə sayca yeddinci görüşüdür. Kitabın rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Orxan Mirzədir. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev əsərə geniş rəy yazmışdır.


 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai