Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
"Qızmar yayın soyuq küləkləri"

 

Hafiz Mirzə: "QIZMAR YAYIN SOYUQ KÜLƏKLƏRİ" kitabı - povestlər və hekayələr- 2007-ci il

Bakı şəhəri,  "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı,  25,8 çap vərəqi, 412 kitab səhifəsi


  Bu kitaba 6 povest və 9 hekayə daxil edilmiş, müəllifin vəsaiti hesabına cap edilmişdir.

  Kitabın içərisinə daxildir:

1. "QURULMAYAN SAAT" povesti- 26 səhifə həcmində, fəlsəfi-psixoloji əsərdir. Əsərin qəhrəmanı Vahab Manaf oğlu Yerquruluşu idarəsinin aparıcı mühəndisidir. 40 yaşı tamam olmasına baxmayaraq o hələ də ailə qurmamışdır. Buna səbəb onun da�im hər şeyin pis sonluğunu və fani olduğunu, düzgün qurulmadığını və birdən hər şeyin dəyişəcəyini, tamam başqa və əslində olmalı olduğu kimi olacağını düşünməsidir. Nəticədə, o hər şeyə, hamıya acıyır, heç nəyə əli yatmır və öz həyatını qura bilmir. Əslində isə o insan ömrunun onun özündən asılı olmayan, müntəzəm qurulmasa da, daim işləyən bir saat qismində olmasını və həm də hər an dayana biləcəyini �bu saatın� qəflətən dayanması məqamında başa düşür. Amma artıq gecdir. İnsan hər şeyin fani olduğunu daim nəzərə almalıdırsa da, bu həqiqətə varmaqla öz ömrünü qura bilməz. Bu ömrün qurulması ondan asılı deyil, ondan asılı olan onun normal yaşamaq haqqıdır. İnsan həm maddi, həm də mənəvi cəhətdən əsil insan həyatını yaşamağa borcludur. Başqa cür olduqda o anormal görünə bilər.

2. "ŞEYX İSMAYILIN ŞEYXƏKƏRAN SƏFƏRİ" povesti- 21 səhifə həcmində, lirik-tarixi-fəlsəfi əsərdir. Burada Azərbaycan Səfəvilər Dövlətinin banisi Şah İsmayıl Xətainin hakimiyyət quruculuğu uğrunda erkən ideoloji axtarışları, ulu babası Şeyx Zahid Gilaninin Lənkəranın Şeyxəkəran kəndində yerləşən türbəsini ziyarət etməsi və buradan Böyük Azərbaycan qurucu�luğu uğrunda zəfər yürüşünə başlaması geniş təsvir olunur. Burada onun müridləri ilə söhbətləri və ətraf aləmə münasibəti poetik dillə verilmişdir. Povest bu mövzuda və ümumiyyətlə, Şeyx İsmayılın Ərçivan həyatı barədə yazılmış ilk bədii əsərdir.

3. "MAİL.RU.AGENT" ƏMƏLİYYATI" povesti- 96 səhifə həcmində kitabın həcmcə ən böyük povestidir. Burada hadisələr bir ailədə yaşayıb, amma bir-birlərini daxilən tanımayan və tanımaq istəməyən ərlə arvad arasında gedən münasibətlər barəsindədir. Onlar ayrılmaq həddinə çatır. Amma sonra bir-birlərindən xəbərsiz, e-mail.ru.ağenti tanışlıq proqrammı vasitəsilə dostlaşır, hətta bir-birlərini sevməyə başlayırlar. Sonda isə virtualdan çıxıb üz-üzə gəldikdə heyrətlənirlər və yenidən bir ailədə qovuşası olurlar. Povest müasir ailə münasibətlərinin bəzi məqamlarını əks etdirir.


4. "ƏSKƏRAĞANIN BİRİNCİ VƏ SONUNCU TOYU" povesti 51 səhifə həcmində komedik əsərdir. Burada insanların lovğalığı, yalançılığı və təkəbbürü ucbatından başına gələn gülünc məqamlar ifşa edilir. Hər bir sənətin, xüsusən də xanəndəliyin üzdə göründüyündən qat-qat çətin məqam�ları var. Bəzən insanlar bunu əyləncə və yüngül sənət hesab edirlər. Əskərağa adlı bir gəncin başına gələn ilk və əslində həm də son olacaq bir toy məc�lisində baş verən hadisələrin mahiyyətində özünü məhz bu ideya geniş əks etdirir.

5. "LARI XORUZUN HEKAYƏTİ" povesti 30 səhifə həcmindədir. Bu povest əslində Azərbaycanın Milli-azadlıq hərəkatı ideyalarını ehtiva edir. Burada ikiyə bölünmüş Azərbaycan məsələsi dolayısı yolla təqdim olunur. Ancaq problemin həlli yolları bir-başa və açıq şəkildə göstərilir.

6. "YARIMSAATLIQ YOLDA" povesti 21 səhifə həcmində müasir həyat həqiqətlərini əks etdirən bədii əsərdir. Əsərin qəhrəmanı Azik (Əziz) ağır tonajlı yük maşınının sürücüsüdür. O öz həmyerliləri ilə birlikdə uzaq Rusiyada yük daşımalarla məğuldur. Məqsədi bir qədər pul qazanmaq və Vətənə qayıdıb qızının toy cehizini almaqdır. Bu məqsədlə o və onun yol�daşları Rusiyada hər cür oyunlardan çıxırlar. Lakin öz əməllərinin ucbatından bu sürücülərin biri dalaşarkən öldürülür. Dostları onun maşınını və meyidini Vətənə gətirməyə məcbur olurlar. Vətənə çatıb, maşınları paytaxt terminallarının birində saxlayırlar. Meyidi mərhumun yaşadığı rayona aparmaq lazım gələrkən Azik dostlarına qoşulmur, şəhərə çıxıb, qızı üçün bəzi cehiz ləvazimatları almaq istədiyini bildirir. Lakin burada o yoldaşlarının pulu olan maşını soymaq fikrinə düşür və buna nail olur. Öz rayonlarına yola düşərkən isə yol kənarında bir əxlaqsız qadını görür. Cana (Rəqsanə) adlı bu qadın polislə əlbir olub, sürücüləri şantaj etmək və soymaqla məşğuldur. Lakin Azikin maşının kabinasında, onunla yarımsaatlıq yol ərzində onlar dostlaşır və bir-birlərinə ülfət bağlayırlar. Sonda Azik hətta özünə məxsus və dostlarından oğurladığı pulları bu qadının düz yola qayıtması naminə ona verəsi olur. Haram halalı da aparır.

7. "RUS QIZI VALYANIN MƏHƏBBƏTİ" hekayəsi 18 səhifə həcmin�də, dramatik mövzuda yazılmış bədii əsərdir. Əsərin qəhrəmanı rus qızı Valya kənd kitabxanasında işləyir. Yaşıdlarından fərqli olaraq o siqaret çəkmir, araq içmir, heç kəslə gəzmir, görüşmür. Çünki onun görmüş olduğu insanlar çox adi və primitivdir. Hətta onu sevən Valentin kənd məktəbinin tarix müəllimi və sovxoz komsomol komitəsinin çədri olsa da Valyanın maraqları qarşısında çox gülünc və miskin vəziyyətdədir. Bu arada onların kəndlərinin yaxınlığında Ümumittifaq tikintisi başlanır. Kənd klubunda keçirilən rəqs gecələrinə bir gün bir azərbaycanlı oğlan gəlir. Təmayül adlı bu oğlan bütün rus qızları ilə əylənir, təkcə ona vurulmuş Valyaya əhəmiyyət vermir. Bir dəfə Valya axşam rəqs meydançasından çıxıb evə gedərkən yolda, kolluğa atılmış birisi ilə rastlaşır. O yaralıdır. Valya onu xilas edir. Bu həmin Təmayülldür. O, Təmayülü bir neçə gün həyətlərindəki tövlənin çardağında gizlədir, sağaldır və onunla eşq yaşayır. Sonra buna görə Təmayül ondan üzr istəsə də Valya hamilə olur. Lakin o, Təmayülə olan məhəbbətini heç kəsə satmır.

8. "BAYRAMDAN SONRA BAYRAM" hekayəsi 5 səhifə həcmindədir. Burada əsərin qəhrəmanı Muradəli hər cür maliyyə imkanlarına malikdir, amma özünü çox da xoşbəxt hiss etmir, öz maddi sərvətlərindən həzz ala bilmir. Nəhayət, o bunun hikmətini anlayır: qonşuda kasıb və köməyə möhtac birisi yaşayırsa, firavan, xoşbəxt, sağlam yaşamaq mümkün deyil. Muradəli çox imkanı olduğu üçün məhz öz qonşusuna əl tutmaqla əsil maddi rifah halının xoşbəxtliyini yaşamağa başlayır.

9. "QIZ QARDAŞLIĞI" hekayəsi 7 səhifə həcmindədir və V əsrə məx�sus qədim türk tayfalarından birinin həyatını, yaşam tərzini, adət və ənənələrini əks etdirən tarixi- bədii əsərdir. Burada yad təsirlərin türk ellərinə necə bəlalar gətirdiyi və eləcə də türk gəncliyinin Ceyhun və Ebruyun şəxsində mərdliyi, məhəbbətinə sədaqəti, yad ellərdən gətirilmiş qız qardaşlığı adətinə qarşı sərt münasibəti geniş təsvir edilmişdir.

10. "PROQRAMA SALINMAYAN SƏFƏR hekayəsi 15 səhifə həcmində psixoloji-dramatik və Vətənpərvərlik ruhlu bədii əsərdir. Əsərin qəhrəmanı Bahadur Atakişibəyli naziridir. Onun bütün iş günü çox sıx qrafik əsasında tərtib olunmuşdur. Bu işləri həmişə onun erməni əsilli köməkçisi (aşnası) həyata keçirdir. Onun hər bir addımı proqrama salınmışdır. Bunun ucbatından o hətta özünün Böyük bağ (Qarabağa nəzərdə tutulur) adlandırdıqları kənddə qalmış ata-baba yurduna, atasının qəbrinə də uzun müddətdir baş çəkə bilmir. Bu hətta onun yuxularına girir, atasının tənəli baxışları onu ittiham edir. Nəhayət o, hər şeyə tüpürüb, ğünün proqrama salınmayan bir işini görür � ata-baba yurduna baş çəkməsi üçün, heç kəslə məsləhətləşməyə ehtiyac bilmədən, proqramı nəzərə almadan, arxa qapıdan çıxaraq ata-baba yurduna səfər edir. Narahatçılıq əbəs deyilmiş. Onun baxımsız qalan ata-baba yurdunda bir dəstə azğın və vəhşi it yuva salmışdır. Onların ucbatından Bahadur müəllim öz həyətlərinə, evlərinə qədəm basa bilmir. Sonra bu itlərin qovulması üçün başqalarından kömək gözləsə də, axır dözə bilməyib, özu daşla, dəyənəklə, yalın əllə bu itləri vurub bu yerlərdən qova bilir. Dağlıq Qarabağ probleminin həlli və əsil Vətəndaş mövqeyi əsərin əsas qayəsini təşkil edir.

11. "NAMƏLUM GÖZƏL" hekayəsi 9 səhifə həcmində bədii əsərdir. Bu hekayədə diş həkimi Səmədzadə bir gün əlamətlərə inanmağı və küçədə rastlaşdığı yaraşıqlı satıcı qadının üzünü sınamağı qərara alır. Eləcə də satıcı qa�dın Firəngiz bir gün rastlaşdığı çox bədheybət bir sürücünün (Səmədzadənin) üzünü sınayası olur. Tərslikdən Səmədzadə üçün çox pis, Firəngiz üçün isə çox gözəl və uğurlu bir gün alınır. Sonrakı günlər də bu cür davam edir. Nəticədə Firəngiz Səmədzadənin nəzərində çox eybəcər və niyabətli bir qa�dın, Səmədzadə isə Firəngizin nəzərində çox yaraşıqlı və uğurlu bir kişiyə çev�rilir. Vəziyyət öz gərgin həddinə çatdıqda, Səmədzadə məzuniyyət götürəsi, bir müddət işə getməyəsi və deməli, Firəngizin üzünü görməyəsi olur. Nəticədə onun işləri yenə də uğurla davam edir. Firəngiz üçün isə bu əksinə baş verir. Beləliklə də bu yanlış yanaşma tərzi və mövhumi inanc hər ikisinin məhvinə səbəb olur.

12. "DİREKTORUN İŞDƏN ÇIXMAQLIĞI" hekayəsi 9 səhifə həcmində bədii əsərdir. Hekayədə mədəniyyət evinin direktoru Fariz müəllimin bir müəssisə rəhbəri olaraq şəxsi insani keyfiyyətləri, xeyirxahlığı, zəhmətsevərliyi, halal-harama mühüm əhəmiyyət verməsi geniş əks olunur. Lakin onun işə götürdüyü, çörək verdiyi adamlar ona xəyanət edir, bədxahlar müəssisədə təfriqə yaradır, haqsız olaraq onun işdən azad edilməsinə nail olurlar. Təkcə Fariz müəllimin buradakı Məsulla adlı pişiyi öz çörəkverəninə çox sadiqdir. Məhz onun sədaqətinin naminə Fariz müəllim öz vəzifəsinə bərpa olunmaq�dan ötrü cəhtlər göstərir. Lakin o öz vəzifəsinə qayıdırsa da, pişiyini burada görmür. Məsulla çanki onun gedişinə etiraz olaraq buraları tərk etmişdir. Ona bir pişik qədər sədaqət göstərə biləcək kimsənin olmadığı bir yerdə daha Fariz müəllim də işləmək istəmir.

13. "BİR AN İÇİNDƏ" hekayəsi 13 səhifə həcmində fantastik əsərdir. Kosmik Tədqiqatlar Elm İstehsalat birliyinin kiçik elmi işçisi Hakim Zəfərli öz həyatına Naməlum Uçan Obyektlərin Yer varlıqları ilə əlaqəsinin araş�dırılmasına həsr etmişdir. Buna görə o heç kəslə dostluq etmir, heç kəsi sevmir, ailə qurmur. Nəticədə o işdən azad edib, özünün doğulduğu rayondakı zavodda işləməyə göndərirlər. O burada hamının istehza obyektinə çevrilir. Buna baxmayaraq, o həvəsdən düşmür, öz həyətlərindəki ləmin üstündə özü üçün primitiv teleskop qurur, yenə də kosmosu tədqiq etməyə, UNO axtarmağa başlayır. Nəhayət bir gün onu ləmin pilləkənində infarkt vurur. Həyatının bircə son anında o, UNO ilə ünsiyyətdə olur. UNO-dan çıxan huma�noid Hakimlə danışır və məlum olur ki, heç demə Yer insanları UNO-ların nəzarəti altındadır. Humanoid Hakimin Yerə bağlılığına görə onun bütün arzularını gerçəkləşdirir və sonra da əlindən alaraq, onun həyatdan bezməsinə nail olur. Çünki onlar bu məqamı tədqiq edirlər. Bunlar isə cəmi bircə ana sığacaq qədər qısa və 15 ilə sığacaq qədər geniş vaxt ərzində baş verir.

14. "SÖHBƏTİN SÖHBƏTİ" hekayəsi 10 səhifə həcmində, qismən yumoristik, bədii əsərdir. Burada əsas hikmət hər kəsin gücü çatan məsələyə girişməsi ilə bağlı tövsiyyə üzərində qurulmuşdur. Söhbət adlı müsahib bu barədə əskərlik xatirələrini danışır, amma heç demə özü bu hikməti bilsə də ona əməl edə bilmir. Buna görə də kəskin münasibətlə qarşılaşır.

15. "STADİONA GÖNDƏRİLMİŞ MESAJ" hekayəsi 9 səhifə həcmində, futbol hakimliyinə həsr olunmuş bir bədii əsərdir. Yan xətt hakimi oyunun birinci hissəsini tam diqqət altında aparır və dəqiq qərarlar çıxardır. Birinci hissədən sonra fasilədə, ikinci hissənin başlanması ərəfəsində onun mobil telefonuna mesaj gəlir. O bu mesajı oxumağa macal tapmır, amma sonra oyunun ikinci hissəsi boyu onun düşüncəsinə bu mesajda nə bildirilməsi barədə bədbin fikirlər hakim kəsilir. Nəticədə, o , oyunun ikinci hissəsində çox kobud səhvlərə yol verir. Oyundan sonra bu mesajın bir şad xəbər olması məlum olursa da, artıq gecdir, bu , oyunun nəticəsini dəyişə bilməz.

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai