Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Nəticələr

                                                                             

                  ALLAHIMA  ŞÜKÜRLƏR OLSUN!                                

          BÜTÜN UĞURLARIM, NƏALİYYƏTLƏRİM,

XOŞ NƏTİCƏLƏRİM, ADIMIN OLDUĞU ŞƏRAFƏTLİ 

YERLƏR  ONUN MƏSLƏHƏTİ VƏ  KƏRAMƏTİ İLƏDİR!

            BÜTÜN  UĞURSUZLUQLARIM  İSƏ ÖZ

              GÜNAHLARIM SƏBƏBİNDƏNDİR!

 

1997-Cİ İLDƏN ETİBARƏN QAZANDIĞIM UĞURLARIN 

                           QISA SİYAHISI:

 

+ 1997-ci ildə "Səda" nəşriyyatında  4 povest, 1 hekayəmin yer aldığı

   "ƏBƏDİ MƏHƏBBƏT NAĞILI" adlı ilk kitabım nəşr olundu. "Əbilov,

    Zeynalov və oğulları" mətbəəsi, 13 çap vərəqi,  1500 tirajla. Format: 60x84 

+ 1997-ci ildə ölkə mətbuatında 12 məqaləm dərc olundu;

+  1997-ci ildə Lənkəranda karatenin inkişafında xidmətlərimə görə

    Azərbaycan Karate Fedarasiyaları Assosiasiyası tərəfindən  fəxri 

    "Qara kəmər" I Dan idman dərəcəsinə (idman ustası) adına layiq görüldüm;

+ 1998-ci ildə müqəddəs Məşhəd ziyarətində oldum;

+ Xalq Azadlıq Partıyası LT-nin sədri seçildim;

+ 1998-ci ildə Böyük Bazar məsçidi dini icmasına üzv, məsçidin və QMİ sədrinin

    Lənkəran nümayəndəsinin NTK sədri seçildim;

+ 1998-ci ildə ölkə mətbuatında 14 məqaləm, hekayələrim dərc olundu;

+ 1998-ci ildə Milli Vəhdət Partıyası LT sədri və Partıya sədrinin müavini seçildim;

+ 1999-cu ildə ölkə mətbuatında 15 məqaləm və hekayələrim dərc olundu;

+ 2000-ci ildə ölkənin 9 müxtəlif qəzet və jurnalında məqalələrim, hekayələrim

   dərc olundu;

+ 2001-ci ildə "SEPARADİ" adlı tarixi-etnoqrafik kitabım nəşr olundu.

  "Əbilov, Zeynalov və oğulları" mətbəəsi, 60x90, 17,5 çap vərəqi, 500 tiraj;

+ 2002-ci ildə 16 məqaləm və 4 hekayəm ölkə mətbuatında dərc olundu;

+ 2003-cü ildə ölkə mətbuatında 21 məqaləm dərc olundu;

+ 2004-cü ildə Lənkəran Bələdiyyəsinə üzv və Humanitar Məsələlər Komissiyasına 

   sədr seçildim;

+ 2004-cü ilin 04 oktyabr tarixində www.hafizmirza.com saytı fəaliyyətə başladı;

+ 2005-ci ildə "AYIN 32-Cİ GÜNÜ" adlı roman və hekayələrdən ibarət kitabım

  "Əbilov, Zeynalov və oğulları" mətbəəsində nəşr olundu. 21,75 çap vərəqi,

   60x90  format, 500 tiraj;

+ 2005-ci ildə "Olaylar" İnformasiya Agentliyi və eyni adlı qəzetin Cənub bürosuna

   rəhbər təyin edildim;

+ 2005-ci ildə "Olaylar" və digər qəzetlərdə iri həcmli 24 məqaləm dərc olundu;

+ 2006-cı ildə  Lənkəranın yerli LTV tele-kanalında mütəmadi çıxışlarım oldu;

+ 2006-cı ildə "Olaylar" və digər qəzetlərdə 43 məqaləm dərc olundu;

+ 2007-ci ildə ABUC mənim "Ayın 32-ci günü" adlı kitabımı son 3 ilin ən yaxşı 

   bədii kitabı nominasiyasında "QIZIL QILINC" mükafatına layiq gördü.

   Mükafatın təqdimat mərasimi Bakıdakı "Gülüstan" sarayında keçirildi;

+ 2007-ci ildə "Olaylar" və digər qəzetlərdə 43 iri həcmli məqaləm dərc olundu;

+ 2007-ci ildə mənim 6 povest və 9 hekayədən ibarət "QIZMAR YAYIN SOYUQ 

   KÜLƏKLƏRİ" adlı kitabım "Əbilov, Zeynalov və oğulları" mətbəəsində nəşr olundu.

   format 60x90, 25, 8 çap vərəqi həcmində, 500 tirajla;

+ 2008-ci ildə "Qızmar yayın soyuq küləkləri" kitabım Lənkəran Bələdiyyəsinin

   təsis etmiş olduğu "İLİN  LAUREATI" xüsusi mükafatına layiq görüldü;

+ 2008-ci ildə müqəddəs HƏCC səfərində oldum;

+ 2008-ci ildə "Olaylar" və digər qəzetlərdə 42 iri həcmli məqaləm dərc olundu; 

+ 2008-ci ildə ANS, AzTV və CTV-də cəmi 11 çıxışım oldu;

+ 2009-cu ildə yenidən Lənkəran Bələdiyyəsinə üzv və Humanitar Məsələlər 

   Komissiyasına sədr seçildim;

+ 2009-cu ildə "HƏCC ZİYARƏTİNDƏ" adlı xatirə kitabım nəşr olundu;

   "Əbilov, Zeynalov və oğulları" mətbəəsi, 60x90 116, 11 çap vərəqi, 300 tiraj;

+ 2009-cu ildə "LƏNKƏRAN BƏLƏDİYYƏSİ" adlı kitabım nəşr olundu.

   "Əbilov, Zeynalov və oğulları" mətbəəsi, 10 çap vərəqi, 60x90 116, 300 tiraj;

+ 2009-cu ildə "Olaylar" və digər qəzetlərdə 71 iri həcmli məqaləm dərc olundu;

+ 2009-cu ildə mənim CTV, RTV  və "Xəzər" TV-də 16 çıxışım oldu;

+ 2009-cu ildə Yunus Oğuzun "Nadir şah" romanını redaktə etdim;

+ 2009-cu ildə CRFF tərəfindən "İlin ən yaxşı futbol yazarı" diplomuna

   layiq görüldüm;

+ 2009-cu ildə CTV-nin yaradılmasının 2 illiyi münasibətilə "CTV-nin dostu" 

   ödülünə layiq görüldüm;

+ 2010-cu ildə mənim "SON VƏ BAŞLANĞIC"  adlı romanım "Apostrof" Çap evində

   nəşr olundu. Format: 70x100,  37, 5 çap vərəqi, 500 tiraj;

+ 2010-cu ildə "Olaylar" və digər qəzetlərdə 76 iri həcmli  məqaləm dərc olundu; 

+ 2010-cu ildə Milli Mətbuatın 135 illiyi münasibətilə Lənkəran ŞİH-in 

   Fəxri Fərmanı ilə təltif olundum;

+ 2010-cu ildə CTV-nin yaradılmasının 3 illiyi münasibətilə "CTV-nin dostu"

   ödülünə layiq görüldüm;

+ 2010-cu ildə CTV, "Xəzər" və ATV kanallarında cəmi 19 çıxışım oldu;

+ 2010-cu ildə Yunus Oğuzun "Təhmasib şah" romanını redaktə etdim;

+ 2011-ci ildə mənim "Qeyrət" adlı hekayəm Milli Qəhrəman Mübariz İbrahimovun

  xatirəsinə həsr olunmuş müsabiqədə 1-ci yerə və baş mükafata layiq görüldü;

+ 2011-ci ildə www.hafizmirza.com  adlı saytım yeni formatda hazırlandı;

+ 2011-ci ildə Dövlət  Müstəqilliyinin 20 illiyi münasibətilə Lənkəran ŞİH-in

   Fəxri Fərmanına layiq görüldüm;

+ 2011-ci ildə "Apostrof" Çap evində mənim "MÜTƏFƏKKİR" adlı kitabım nəşr

   olundu. format: 70x100, 40 çap vərəqi, 500 tiraj;

+ 2011-ci ildə Yunus Oğuzun iki kitabdan ibarət "Əmir Teymur" romanını redaktə etdim; 

+ 2011-ci ildə "Olaylar" və digər qəzet və saytlarda 57 adda iri məqaləm dərc olundu;

+ 2011-ci ildə CTV və "Xəzər"TV  cəmi 15 çıxışım oldu;

+ 2011-ci ildə mənim "Olaylar", "Millətin səsi", "Yeni xəbər" və digər sayt və qəzetlərdə

   70 məqaləm dərc olundu.

+ 2012-ci ilin yanvarında mən yeni yaranmış Lənkəran şəhər Mədəniyyət Mərkəzinin

    direktoru vəzifəsinə təyin olundum;

+ 2012-ci ildə mənim ANS, "Xəzər" TV və CTV-də çıxışlarım oldu;

+ 2012-ci ildə tədqiqatçı Hüseynqulu Məmmədlinin 500 səhifəlik ( 70X100 formatda) 

    "Dünya dinləri" adlı fundamental kitabına redaktor, dizayn, yığım və tərtibat işlərini 

     başa çatdırdım;

+  2012-ci ilin iyun ayında X türkcə festivalının final-bağlanış mərasimində iştirak 

     edəcək  Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyənin İstanbul şəhərində 

     səfərdə oldum;

+ 22 iyul 2012-ci il tarixdə Lənkəran ŞİH -ın Fəxri Fərmanına layiq görüldüm;

+ 22 iyul 2012-ci il tarixdə KİVDF-nin fərdi jurnalist yazıları üzrə müsabiqəsində qalib

   gəldim, xüsusi fəxri fərman və pul mükafatına layiq görüldüm.

+ 05 oktyabrda anam Allahın rəhmətinə getdi!

+ 30 oktyabrda Lənkəranda ilk dəfə "Lənkəran payızı-ı"  sənətkarlıq sərgisi  və

   eyni adlı Folklor festivalını keçirtdim.

+ 10 noyabrda  "55-hesabat" kitabım nəşr olundu.

+  28 dekabr tarixdə "Lənkəran-doğma diyar" adlı elmi-praktik konfrans keçirtdim.

+ "MÜTƏFƏKKİR"  adlı kitabımı "Qızıl kəlmə" mükafatına təqdim elədim;

+ Dünya Azərbaycanlı Yazarlar Qurumunun dayaq.org saytı və profliqa.spot.com saytı,

    eləcə də "Yeni xəbər", "Lənkəran", "Millətin səsi", daha bir neçə kənar qəzet və

    sayt 20-dən çox yazımı dərc etdi.

+ 2012-ci ildə toplam 43 iri həcmli məqaləm "Olaylar"da dərc olundu və dərc olunan

   publisistik yazılarımın sayı 400 -ə çatdı;

+ 2012-ci ildə 5 tele-kanalda, 7 verlişdə iştirak etdim,

+ Bu il barəmdə 6 sayt, 4 qəzet  yubiley məqalələri yazdı.

+ 2013-cü ildə "Olaylar" qəzetində iri həcmli 43 məqaləm dərc olundu.

+ Müxtəlif süjet və müsahibələr olsa da, heç bir TV verlişində iştirak etmədim.

+ 2013-cü ildə "Mərkəz" qəzeti(21.II), "Yeni Azərbaycan" qəzeti(14.VI), sportal.az, publika.az,

   virtualaz.org (06.VI), (31.X), (05.XII), (25.XII), islamazeri.az(25.VI), sia.az(17.X) və

   azərinfo.org (07.XII) saytları mənimlə müxtəlif mövzularda geniş müsahibələr dərc etdi.

+2013-cü ilin oktyabr ayında "Qanun" nəşriyyatı mənim "PREZİDENT" adlı povestlər kitabımı

  nəşr etdi, kitab uğurla satıldı.

+Mədəniyyət Mərkəzində onlarca müxtəlif mədəni-kütləvi tədbirlər, o cümlədən "Lənkəran payızı-II" Folklor

  Festivalı, "Dəmirağacı-II" Sənətkarlıq Sərgisi keçirtməyə müvəffəq oldum.

+ 2014-cü ilin mart ayında "Novruz Bayramı ortaq mənəvi dəyər kimi" adlı yazım KİVDF-nin müsabiqəsində

  qalib gəldi, ona xüsusi mükafat verildi. Təqdimat Bakıda, "Altun" sarayda keçirildi;

 

 

                         


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai