Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Hakimləri

 

           

 

LƏNKƏRAN  HAKİMLƏRİ

      Şimali Azərbaycanın Cənib bölgəsi əvvəllər müxtəlif mahallara (Uluf,Dəştivənd, Astara Kurabı, Dırıq, Sırıq, Pirand, Orand, Ucarud və sair) bölünmüşdü.Hər mahalın da öz hakimi vardı. Amma aralarında Lənkəran, Astara və Qızılağac daha böyük idi və hakimiyyət davası da bunların arasında gedirdi. Musa xanın hakimiyyəti zamanı Lənkəran önə çıxdı, Mirmustafa xanın dövründə əsasən Lənkəran xanlığı tanındı. 1795-ci ildə o, Talış xanlığını elan etdi. 1814-də xanlıq faktiki olaraq komendantların ixtiyarına keçdi, tam səlahiyyətsiz duruma düşdü, 1826-cı ildə isə tamam ləğv edildi. Çar hakimiyyəti illərində Bakı quberniyasının Lənkəran qəzası oldu. Onun başında isə pristavlar dururdu. Sovet hakimiyyəti illərində Şəhər XDS olsa da, faktiki hakimiyyət  Kommunist Partiyasının raykom katiblərinin ixtiyarında idi. Müstəqillikdən sonra isə Şəhər İcra hakimiyyəti yarandı. 1930-cu ilə kimi bölgədə yalnız  Lənkəran tanınsa da, sonra 7 rayona bölündü.1938-ci ildə bu rayonlaşma yekunlaşdı. Hazırda ərazı Cənub bölgəsi olaraq tanınır. Lənkəran bölgənin qeyri-rəsmi mədəni mərkəzi hesab olunur. Burada Şəhər İcra Hakimiyyəti Başçısı, kəndlər üzrə onun nümayəndəliklər və yerli bələdiyyələr fəaliyyət göstərir. Müəyyən qədər yanlışlıqların olması istisna hesab edilməsə də, ərazı də və Lənkəranda aşağıda adları qeyd olunan şəxslər  hakimiyyət başında olmuşlar.  

1.Şahsuvar bəy Lənkərani- XV əsr

2.Əmir Sinah bəy Lənkərani - XV əsr

3.Əmir Qubad xan -XV əsr

4.Əmir Həmzə xan( əsasən Astarada)-XVI

5.Əmir Bayandur xan -XVI əsr

6.Saru xan (mərkəz Astara)-XVI
7.Əmir Aqis (Lənkəran hakimi);
8.Əmir Musa xan (Qızılağac, sonra Lənkəran -1727-1736;

9.Şirazlı İbrahim xan(Uluf hakimi)-1730-1733 ; 
10. Seyid Mirabbas-1733-1735; 
11. Seyid Camaləddin (Qaraxan)-1735-51;
12.Zöhrab bəy- 1751-58;
13.Mir Əsgər bəy-1758-60;
14.Mirmustafa xan -1760-61;
15.Seyid Camaləddin(Qaraxan)-1761-86;
16.Mirmustafa xan-1786-1814; 
17.Mirhəsən xan-1814-26;
18.Mayor İlyinski--komendant-1814-; 
19.Pristav Nurulla bəy;
20."Muğan Sovet Respublikası" - Otryadnev- 2-3 ay;  
21.Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri: Şirəli Axundov-1920-30;

22. Lənkəran Qəza Partiya Komitəsinin katibi Əli Məmmədov 1920-1930; 
 23.Lənkəran Qəza Partiya Komitəsinin katibi Böyükağa Mirsalayev-1930-37;
 24.Raykom katibləri:  Ümid Süleymanov- 1937-1943;
 25.Mövsüm Həsənov - 1943;
 26.Bağır Bağırlı 1943-47; 
 27.Ramiz Məmmədov - 1947-49; 
 28.Xurşid  Məmmədov - 1949-53;

29.İsmayıl Allahyarlı - 1953;
30.Adil Əbilov-1953-58;
31.Nəhmət Abdullayev -1958-61; 
32.Hidayət Səmədov - 1961-62;
33.Məmməd Rahman oğlu Məmmədov-"Mamedka"-1962-65;
34.Məmməd Babayev-1965-69; 
35.İsa Məmmədov-- 1969-81-ci il; 
36.Dilruba Cəbrayıl qızı Camalova -1981-88-ci il ; 
37.Aqil Süleyman oğlu Rəhimov -1988-1989-cu il; 
38.Yaşar Höccətula oğlu Rzayev - 1989-1991-ci il; 
39.Şəhər İcra Hakimiyyətinin başçıları: Mirsəmid Abbasov - 1991-1992-ci il; 
40.Hüseynqulu Məmməd oğlu Məmmədov -1992may- 1993 iyun; 
41.Ələkram Hümbətov (separatçı,"TMR" lideri) -15 iyun-23 avqust 1993;  
42.Dilruba Cəbrayıl qızı Camalova - 23 avqust 1993-- may  2000-ci il; 
43.Yaşar Höccətulla oğlu Rzayev - may 2000-ci il
-aprel 2003-cü il;
44.Zeynal Səfər oğlu Nağdəliyev - aprel 2003-cü il
- 24 dekabr 2005-ci il;
44.Süleyman Surxay oğlu Mikayılov - 24 dekabr 2005-ci ildən-04 mart 2010-dək.
45.Tofiq Hüseyn oğlu İbrahimov - 04 mart 2010-cu ildən 14 aprel 2012-ci ilədək;

46.Taleh Azay oğlu Qaraşov- 14 aprel 2012-ci ildən

 

       LƏNKƏRAN BƏLƏDİYYƏSİNİN SƏDRLƏRİ

01.Əlinazim Axundov -1999- 2000;
02.Eldar  Hüseynov -2000-ci ildən;

 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai