Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







Həyatın mənası yaşa və başa görə dəyişir, başqalaşır. Bu qədər mürəkkəbliyinə və zənginliyinə rəğmən o həm də fanidir - indi gəl onu mükəmməl anla görüm necə anlayırsan!
Məqalələr

AMARKORD
əlavə edilmə tarixi: 2017-04-09
AMARKORD AMARKORD ( Bir İtaliya filmində olduğu kimi qarmaqarışıq və gülünc...) Naşükürlük düsturu Əcəb dəb düşüb: çox şair, çox filosof, hətta adi sürücü də cəmiyyətdən, zəmanədən, hakimlərdən, hətta insanlardan da ağzı köpüklənərək gileylənir, şikayət edir. Sanki müasir və illah ki də yazar olmaq hər şeydən narazı olmaq demək imiş. Guya bunlar Füzulidir, Nəsimidir, Sabirdir,.. Əslində ifrat narazılıq, gileyçilik naşükürlük əlamətidir. Kimsə özündən gileylənmir və etiraf etmir ki, cəmiyyət elə həmən millətin cəmiyyətidir, dövlətin adı bir azacıq dəyişmişsə də mahiyyət elə əvvəlki kimidir,.. xülasə, başqa cür olan əslində yalnız şəxsin özüdür. Bu isə təbiidir; insanlar yaşlanır, ictimai-iqtisadi-siyasi maraqlar dəyişir,..ailə üzvləri böyüyür, qayğılar artır, bədənin fizioloji-bioloji keyfiyyətləri dəyişir,.. Bu dəyişgən həyatda hər şey olduğu kimi qala bilməz ki! Bəzən yaxşı, bəzən də pis ola bilər. Yaxşı olanda insan Allahına şükür etdimi ki, pis olanda narazılıq etsin? Yox! Yəni qəliz də insan özüdür, yekəxana da özüdür, nankor da, zalım da, bivəfa da, lap belə xəyanətkar da! Yəni ki, zəmanəni zinətləndirən də insandır, onu pis kökə salıb, sonra ondan şikayətlənən də. Allah insana hər şey verib və verir, amma insan qane olmur, daha da istəyir, daha da umur,.. Yaxşı olanda özündəndir, pis olanda zəmanədən! ))) Pis əməlləri olmasa pis aqibəti də olmaz axı. Bax, bunu düşünən çox azdır! Naşükürlük etməsə və doğru yolda olsa Allah daha çox verəcək.
Fransuaza Saqan, Xoşqədəm Hidayətqızı və Şirin Zərdablı
əlavə edilmə tarixi: 2017-04-03
Fransuaza Saqan, Xoşqədəm Hidayətqızı və Şirin Zərdablı FRANSUAZA SAQAN, XOŞQƏDƏM HİDAYƏTQIZI VƏ ŞİRİN ZƏRDABLI ( Çayxanada oturasan və belə əcaib şeylər fikirləşəsən!) Bizim qüdrətli, həm də zavallı ədəbiyyatımız Mən Fransuaza Saqanı səviyyəli bir şəxsiyyət hesab edirdim. 17 yaşında, hələ özünün erotik təcrübəsi olmadan erotik roman yazan bir qızcığazın bu haqda düşüncələri üzü-üzlər görmüş Fransa üçün maraqlı göründü! Necə?! Əsas səbəb reklamdır. Deyir malın mal olmasın, bazarın bazar olsun! Koppayoğlunun reklamı! Bizim milli yazarların hər hansı biri Fransada doğulsaydı, oradakı bığsız naşirlərin fərasəti hesabına bütün romanları betseller olardı. Çünki bizim dəyərlərimiz poetika və bədiilik üzərində formalaşıb. Bu isə fransızları şoka salardı. Allah verir Eyniyə, dişləri yox, çeyniyə! Haradasan, ay şair Tərlan! Sən gərək Fransada doğulaydın! Rasim Qaracanı həmən öldürüb heykəlini yapardılar. Həmid Herisçinin adına beynəlxalq mükafat təsis olunardı.Orada istedada belə dəyər verir, kitabı elə reklam edirlər! Leyli zavallı Məcnuna bir dodaq öpüş vermədi, amma Məhəmməd Füzuli bu eşqi İlahi səviyyəyə qaldırdı. “Leyli və Məcnun”u 500 ildən çoxdur ki, insanlıq oxuyur və hələ də tam dərk edə bilməyib. Erotikada dərkolunmaz nə var ki, bu canıyanmış Saqanı belə məşhurlaşdırdı? Əslində heç nə! Dedik axı, bu məşhurluğun arxasında qüdrətli nəşriyyat və onun güclü reklam siyasəti durur. 17 yaşlı gicbəsər qızın qandığı haracan olacaq ki? Dəyərli bir fəlsəfə olsaydı, adam özü qumarbaza, narkomana, hətta doğmaca qardaşının da məşuqəsi olmuş seksual-manyaka çevrilməzdi. Biz də isə lap dəryayi-kəbir ol!...
"Doğum günün mübarək, sadə azərbaycanlı!"
əlavə edilmə tarixi: 2017-03-10
Hafiz Mirzə! Düşünürəm ki, bu adı oxuculara yenilik olaraq təqdim etməyə dəyməz! Kişi ondan çox romanın, onlarca povestin, hekayənin və yüzlərcə publisistik yazının müəllifidir! Onu tanıyan dostlar da çoxdur, düşmənlər də. Sözün düzünü deyən adamın düşməni daha çox olar. Amma onun dostları daha çoxdur Onu həqiqi iqtidar mənsubları da qəbul edir, həqiqi müxaliflər də. Çünki obyektiv mövqedən çıxış etməyə çalışır. Mənim tanıdığım Hafiz Mirzə ölkəmizin son 30-40 illik tarixinin bir sıra mühüm məqamlarında özünün əsl AZƏRBAYCANLI mövqeyini cəsarətlə ortaya qoymuş, siyasi mübarizələrin içində, ictimai müzakirələrin önündə, ədəbi proseslərin mərkəzində ikən öz dürüst sözünü deyə bilmişdir! Və ən əsas da odur ki, o yalnız öz sözünü deməyə çalışmışdır. Müəyyən dövrlərdə onun səsi gah Gəncədən, Qubadlı, Cəbrayıl istiqamətində Lənkəran batalyo-nundan, əsgərlərin yanından gəlirdi, gah da o arxa cəbhədə mühüm ictimai-siyasi işlər görürdü. Onu çoxlarının düşündüyü, amma deyə bilmədiyi sözləri dediyinə görə həm sevirdilər, həm də bunu ona qısqanırdılar.
Məzhəb ayrı-seçkiliyi! Varmı, yoxmu?
əlavə edilmə tarixi: 2017-01-04
Məzhəb ayrı-seçkiliyi! Varmı, yoxmu?Təəssüf ki, bizdə TV-lər gündəmi nəiləsə doldurmaq lazım gələndə şou-biznesin hansısa əcaib hadisəsini qabardırlar, siyasətlə məşğul olan diletantlar isə gündəmdə qalmaq üçün hökmən İrana və şiyə məzhəbinə sataşırlar. TV-ləri başa düşmək olur, soyuq suyu da üfürə-üfürə içirlər, siyasətə çox qarışa və əsil həqiqəti tam izhar edə bilmirlər. Zavallı siyasətpərdazların işi isə daha çətindir. Böyük əksəriyyətinin əli əslində hansısa məmurun cibindədir. Çox zilə qalxa bilmirlər, çünki pulu kəsiləcək. Bu cür siyasətçilərin kimləri və haraya qədər tənqid edə biləcəkləri proqramlaşdırılıb. Gündəmdə qalmaq eşqi ilə yaşayan, fəaliyyət göstərən “siyasətçilər” arasında əvvəllər təkcə Hafiz Haciyev və Sərdar Cəlaloğlu liderlik edirdi. Son illər millət vəkili Fazil Mustafa nəinki onları, hətta şou-biznes mənsublarını da keçibmiş kimi görünür. Zavallı Astan Şahverdiyev bu sahədə təzə olduğu üçün süftəsini kor elədi və yəqin ki, bir də heç vaxt mikrafon qarşısına çıxmaz.
AİLƏ DƏYƏRLƏRİ QANUN VƏ YA QADAĞA İLƏ TƏNZİMLƏNMƏZ
əlavə edilmə tarixi: 2016-12-24
AİLƏ DƏYƏRLƏRİ QANUN VƏ YA QADAĞA İLƏ TƏNZİMLƏNMƏZ AİLƏ DƏYƏRLƏRİ QANUN VƏ YA QADAĞA İLƏ TƏNZİMLƏNMƏZ (“Cumhuriyyət” qəzeti və cəbhə.az saytı ilə söhbət №4) Qardaşımız Elman Cəfərli: İndi ehsan süfrələri və yas mərasimləri də toylar kimi təmtəraqlı və daha möhtəşəm şəkildə təşkil olunur. Hərçənd ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə bu möhtəşəmliyin aradan götürülməsi üçün bəzi addımlar atmağa başladı. Amma nəticə olmadı. Sanki o qurumların irəli sürdüyü təkliflər mərasim mafiyası qarşısında məğlub oldu. Siz bu barədə nə düşünürsünüz? Bəndəniz: Hüzr və ziyafət mərasimləri cəm halında ailə mərasimi sayılır. Əslində bu mərasimlərin hansı səviyyədə keçirilməsi hər kəsin öz ailə işi və onun imkanlarının göstəricisi səviyyəsində olmalıdır və burada qeyri-adi heç nə yoxdur.
Yolun hayanadır, yolçu qardaş?
əlavə edilmə tarixi: 2016-05-15
Yolun hayanadır, yolçu qardaş?Nə olsun ki, Allah insana yaranışından şüur verib. Əsas olan bu şüuru işə salmaqdır. Bəşəriyyətin yaranışından 15 milyon il keçib, amma insan hələ də bu şüurun, yəni qafa yükünün cəmi 3-5 faizini işə sala bilib. Ancaq bu da bəs edib ki, insanlıq müxtəlif məsələlər barədə dərin düşüncələrə dalmağı bacarıb. Dərin düşüncələrdən fəlsəfə yaranır. Biri də yol və yolçuluq fəlsəfəsidir. Yol dedikdə ayaqla gedilən, addımlanan yol, cığır, küçə, yolçuluq dedikdə isə qapı-qapı yol ölçürmüş kimi gəzib-dolaşan və nəzir-niyaz toplayan dilənçilər xatırlanır. Amma zaman-zaman keçilən, ayaqlar olmadan da adlanan və məqsəddən məqsədə aparan yollar var. Yolçuluq fəlsəfəsinin insanlığa anlatdığı da budur.
Avtomobildən qorunun və ya nə batar, nə çatar
əlavə edilmə tarixi: 2016-04-10
Avtomobildən qorunun və ya nə batar, nə çatar AVTOMOBİLDƏN QORUNUN VƏ YA NƏ BATAR, NƏ ÇATAR! ( Zarafat başa düşənlər üçün ciddi söhbət ) * Avtomobil icad edənlərin dühası deyəsən 21-ci əsrin Bakısına qədər gəlib çıxa bulməyib. Çünki onlar adamların salondan düşməsi üçün avtomobilin dayanıb-durmasını müəyyən ediblər. 21-ci əsrin Bakısında isə düşmək ( mağazaya, iş yerinə, bazara və s. yerə getmək ) üçün avtomobilini yol kənarında saxladıqda ya evakuator gəlib aparır, ya da radar quraşdırılmış "QAİ" maşınları cərimə yazıb sənin evinə göndərir. Elə avtomobil tapılmaz ki, ay ərzində bir neçə dəfə bu cür cərimələr ödəməyə məhkum edilməsin. Əvvəllər böyük sürətə, indi isə avtomobili saxlamağa görə cəzalar tüğyan edir. Gərək avtomobil hərəkətdə ikən düşəsən, ya da hərəkətdə olan avtomobilə qaçaraq minəsən. Hər il yol üçün pul ödə, amma yol kənarında avtomobil saxlaya bilmə.
Baxanda görürük, görəndə baxırıq və hərdən fikirləşirik ki, aya elə deyil, belədir
əlavə edilmə tarixi: 2016-04-01
Baxanda görürük, görəndə baxırıq və hərdən fikirləşirik ki, aya elə deyil, belədirBir ildir başım xarab olub! Niyə? Bir-iki kəlmə deyim, özünüz başa düşün. Hamısını desəm, sizin də başınız xarab olar. *Qüdrət Həsənquliyev MM-də təklif verir ki, turist cəlb etməkdən ötrü ölkədə kazinolar açılsın, bizim milli qumarbazlar uduzmaq-uduzmaqdır qoy elə Azərbaycanda uduzsunlar. Bizdə uduzsunlar ki, bundan büdcəyə xeyir qalsın. (((( "Bərəkallah!” deməmək olmur. Milli Azadlıq hərəkatında ömür xərcləyəsən, Milli Məclisdə on illərcə kreslo qızdırasan, sinəndə milli bayrağın nişanını gəzdirəsən, sonra da başlayasan dolma yeyəndə qatıqdan imtina etməyə! Olurmu heç! Heç arzulamazdım ki, eyni təşbehləri haqq etmiş Fazil Mustafa əfəndimiz də borş yeyərkən üstünə semitan əlavə etməkdən imtina eləsin. Yəni, o bəy əfəndi də qalxıb, başına kül olmuş büdcə naminə əxlaqsızlıq yuvalarının leqallaşdırılmasını təklif versin. Sizi bilmirəm, mənim bu bəy əfəndiyə hər zaman qeyri-ordinar fikirlərinə görə ço-o-oxx -ço-o-o-xxx marağım olduğu üçün bunu heç istəmirəm...heç.
Bu gün doğum günün
əlavə edilmə tarixi: 2015-11-13
Bu gün doğum gününBu gün doğum günün; təqvimin bu günü sənin adına bağlı,.. Ağlı-qaralı günlərdən fərqli bir gün. Siluetin bu günə dağlanmış sanki. Adın bu günə bağlanmış sanki. Bu gün sənə oxşayır. Onun hər saatı sənin şəklini çəkir- əqrəbləri fırçatək. Bu saatın bacasından çıxan quş tək adını söyləyir üç dəfə: və çəkilir xəlvətə. Bu gün sənin rənginə boyanmış- yamyaşıl. Yetişmiş meyvətək sulanmış bir gün! Bu gün dirilik günü: Sən o dünyadan bu dünyaya dirildin. Məni məftun edərək öldürmək üçün gəldin. Ölüm mələyi hərəyə bir cür görünür. Kimsə onu sevmir. Mənsə onu – yəni səni sevməyə məhkum. Salam, ölüm mələyim, salaməleykum.
Eşq oğrusu
əlavə edilmə tarixi: 2015-11-07
Eşq oğrusuEŞQ OĞRUSU. Səni gördüyüm gün ömür sayılmaz. Qəlbimin qalası hündür, alınmaz. Min gözəl önündə sınmaz, bayılmaz, Sən necə sındırdın, necə tovladın eşqə qurulmuş qəlibi, ay alagöz qız - eşq oğrusu!
Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai